AZ

Azərbaycan PL-in yeni mövsümünün püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Operativ Media xəbər verir ki, bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.

Mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq. Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

Seçilən
15
50
operativmedia.az

10Mənbələr