“Xüsusilə pərakəndə ticarətlə məşğul olan şəxslər diqqətli olmalıdırlar. Qanunvericiliyə əsasən, ticarət əməliyyatları yalnız milli valyuta ilə həyata keçirilməlidir. Əsasən, axşam saatlarında bu cür hallar baş verir. Məsələn, xaricdən gəldiyini deyən şəxs vətəndaşa valyutanı müəyyən zərərə satmaq təklifi edir. Bəzən yaşlı taksi sürücülərinə belə saxta pullar təqdim olunur. Eyni zamanda, maşın və daşınmaz əmlak alqı-satqısı zamanı bu faktlara rast gəlirik. Tərəflər razılaşaraq vergi ödənişini azaltmaq üçün notariatda aşağı məbləğ göstərir, qalan hissə isə nağd şəkildə ödənilir. Belə hallarda saxta pul orijinalların arasında gizlədilir, aldanan şəxs isə bunu sübut edə bilmir”.