EN

Prezident İlham Əliyev filippinli həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubunda filippinli həmkarını və Filippin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.

Chosen
102
50
ikisahil.az

10Sources