
Gender.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.