AZ

Sabah 37 dərəcə isti olacaq - Proqnoz

Sabah

İyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, bu proqnoz Milli Hidrometeorologiya Xidmətinə məxsusdur.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Seçilən
50
49
reyting.az

10Mənbələr