EN

Ançelotti Neymarı Braziliya millisində hansı mövqedə görür?

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “selesao”nun 33 yaşlı ulduz hücumçusu Neymarı millidə hansı mövqedə gördüyünü açıqlayıb.

Arena.az “Globo” dərgisinə istinadən, 66 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Daha əvvəl biz oteldə görüşmüş və anlaşmışıq. O, formada olanda, meydanın ixtiyari nöqtəsində oynaya biləcək. Bu görüşdə (Paraqvay, 1:0) o, elə, Kunyanın icra etdiyi həmin işi görə – “doqquzluq” mövqeyində oynaya bilərdi. Bu mövqedə o, çox təhlükəli ola bilərdi”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, Ançelotti Neymar 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə Ekvador və Paraqvay yığmalarına qarşı seçmə mərhələ oyunlarına cəlb etməyib. Belə ki, hazırda “Santos”da çıxış edən “Ney” yüngül zədə mənzərəsində formada olmaması ilə yanaşı, həm də koronavirusa yoluxub və hazırda təcrid şəraitində müalicə alır.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. Neymar milli komandada keçirdiyi oyun sayına görə 2-ci, qol sayına görə isə rekordçudur. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

Chosen
9
arena.az

1Sources