AZ

Karlo Ançelotti oğlunu Braziliya klubuna caladı

BAKI. 7 iyul. TELEQRAF

İtaliyalı mütəxəssis Davide Ançelotti Braziliyanın "Botafoqo" klubunun yeni baş məşqçisi olacaq.

Teleqraf-ın xəbərinə görə, bu barədə tanınmış jurnalist Nikolo Skira məlumat yayıb.

O bildirib ki, tərəflər 35 yaşlı mütəxəssislə müqaviləni razılaşdırıblar. Sözləşmə 2026-cı ilin dekabrınadək qüvvədə olacaq.

Qeyd edək ki, Davide Ançelotti Braziliya yığmasının baş məşqçisi Karlo Ançelottinin oğludur. İyunun 6-dan o, yığmanın məşqçilər heyətindədir. Bunadək D.Ançelotti Fransanın PSJ, Almaniyanın "Bavariya", İngiltərənin "Everton", İtaliyanın "Napoli" və İspaniyanın "Real Madrid" komandalarında atası ilə birlikdə çalışıb.

Seçilən
4
17
teleqraf.com

10Mənbələr