EN

Pistoriusun gözlənilməz Kiyev səfəri: Almaniya öz rolunu daha da artırmağa çalışır

Almaniyanın müdafiə naziri Boris Pistorius iyunun 12-də səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib. 
Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb. 
Onun səfərinin əvvəlcədən elan olunmadığı qeyd olunub. 
Nazir səfər zamanı vəziyyətlə tanış olmağı və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın göstərilməsini müzakirə etməyi planlaşdırır.

Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Almaniyanın müdafiə naziri Boris Pistoriusun Kiyevə səfəri Almaniyanın yeni administrasiyasının Ukraynaya kəsilməz dəstəyi davam etdirmək öhdəliyini nümayiş etdirir:

“Almaniya hökuməti müharibə başlayandan bəri Kiyevə bir çox sahələrdə yardım göstərməyə davam edir. Bundan əlavə, Ukrayna və Almaniya 2024-cü il fevralın 16-da  təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş də imzalayıblar ki, bu da Berlinin bundan sonra da Kiyevin yanında olacağı anlamına gəlir. 
Boris Pistoriusun səfəri bir daha onu göstərir ki, Almaniya öz yardımını Ukraynanın ehtiyaclarına uyğunlaşdırır. Məsələn, Ukraynaya hava hücumundan müdafiə və digər sahələrlə  bağlı zəruri dəstək verir. Almaniya bundan əlavə, Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük hərbi yardım edən ölkə rolundadır. ABŞ-ın Kiyevə hərbi yardımla bağlı qeyri-müəyyənliyi fonunda Almaniya öz rolunu daha da artırmağa çalışır, Ukraynaya sadiq müttəfiqinin olmasını göstərir. Bundan əlavə, bu yardımlara Almaniya öz maraqlarını da gizlətmir. Belə ki, edilən milyard avroluq yardımlar və siyasi dəstək fonunda Rusiyanın son tələbləri, Ukraynanın ərazi güzəştləri, onun gələcəkdə NATO-nun bir hissəsi olmaması, Almaniyanın da maraqlarına cavab vermir”.
Chosen
43
sherg.az

1Sources