AZ

Heqset: Ukrayna NATO üzvü deyil, ABŞ-la eyniləşdirilə bilməz

Heqset: Ukrayna NATO üzvü deyil, ABŞ-la eyniləşdirilə bilməz

Heqset Ukraynanın təhlükəsizliyini ABŞ-ın təhlükəsizliyi kimi qiymətləndirmir

ABŞ müdafiə naziri Pit Heqset Ukraynanın təhlükəsizliyinin ABŞ-ın təhlükəsizliyi ilə eyniləşdirilməsinə qarşı çıxıb.

AFN.az xəbər verir ki, o bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Dinləmələrdə çıxış edən Kaliforniyadan olan demokrat konqresmen Con Garamendi bildirib ki, Ukraynanın təhlükəsizliyi ABŞ-ın təhlükəsizliyidir. "Bir gün əvvəl Senatda səsləndirdiyiniz bəyanatlar ABŞ prezidenti Donald Trampın “Ukraynanın tam təslim olmasına və Rusiyanın tam qələbəsinə” qarşı olmadığını göstərirmi?" - deyə o, Heqsetdən soruşub.

“Bu, mənim bəyanatımın xarakteri olmayıb. Biz hesab edirik ki, sülh bütün maraqlı tərəflərin maraqlarına cavab verir. Amma mən qeyd edərdim ki, Ukrayna – bu, ABŞ deyil və Ukrayna NATO üzvü deyil. ABŞ-ın təhlükəsizliyi ilə Ukraynanın təhlükəsizliyi arasında belə bir paralel aparmaq düzgün deyil” - deyə ABŞ müdafiə naziri cavabında deyib.

Bununla belə, Heqset əlavə edib ki, ABŞ sülhə ümid edir və bu, Amerikanın maraqlarına cavab verir: “Əgər Ukraynaya yatırılan milyardlarla dolları nəzərdən keçirsəniz, bunu ABŞ-ın təslim olması kimi xarakterizə etmək çətindir”.

Nazirin fikrincə, Ukraynadakı mövcud cəbhə xətti yavaş-yavaş dəyişir və heç kim gələcəkdə bu sülhün necə görünəcəyini əminliklə deyə bilməz: “Ancaq prezident Tramp sülhə nail olmaq üçün başqalarından daha çox çalışır”. Heqset onu da qeyd edib ki, ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü davam etdirir.

Seçilən
405
34
afn.az

10Mənbələr