EN

Hindistanda təyyarə qəzasında göyərtədə olan 242 nəfərin hamısı ölübYENİLƏNİB-2

“Görünən odur ki, qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur”.

Xezerxeber.az “Associated Press“ə istinasən xəbər verir ki, bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib.

O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir:

“Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”.

14:33

Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin yataqxana binasına çırpılması nəticəsində ölənlərin sayı 133-ə çatıb.

Xezerxeber.az bu barədə "news18.com" istinadən xəbər verir.

13:59

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Bildirilir ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya naziri K.Rammohan Naidu ilə hadisənin təfərrüatlarını müzakirə edib. Nazirin özü təyyarə qəzasının baş verdiyi əraziyə gedib.

Təyyarənin havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.

Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub.

Əhmədabad hava limanında bütün uçuşları müvəqqəti olaraq dayandırılıb.

Chosen
60
7
xezerxeber.az

10Sources