AZ

Hindistanda təyyarə qəzasında ölənlərin sayı 200 nəfəri keçib - Yenilənib

Hindistanda Air India Boeing 787 təyyarəsinin qəzaya uğradığı yerdə 204 cəsəd tapılıb.

Eyni zamanda 41 nəfər xəstəxanaya çatdırılıb.

14:24

Hindistanda baş verən  təyyarə qəzasında 110 nəfər ölüb. Bu barədə Hindistan mətbuatı yazıb. 

"Əhmədabadda təyyarə qəzasında 110 nəfərin öldüyü təsdiqlənib", - məlumatda deyilir.

Təyyarədə 169 Hindistan vətəndaşı və 61 xarici ölkə vətəndaşı olub. Bildirilir ki, təyyarədə 53 Britaniya , bir Kanada və yeddi Portuqaliya vətəndaşı olub. Bundan başqa, təyyarənin göyərtəsində 217 böyük və 11 uşağın olduğu məlum olub.

İyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat ştatının Meqaninaqar rayonunda Air India şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Gülnar 

 

Seçilən
49
2
anews.az

10Mənbələr