EN

Paşinyan iyunun 20-də Ankaraya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya gedəcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Adalet.az xəbər verir ki, bu barədə erməni KİV-i diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan və Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.

Chosen
37
13
adalet.az

10Sources