AZ

Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm

Qriqoryan:

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün tezliklə Türkiyəyə gedəcəyini inkar etməyib.

Reyting.az
xəbər verir ki, Qriqoryan görüşün gündəliyini açıqlamayıb.

Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək.

Qeyd edək ki, iyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb. Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Bundan qısa müddət sonra Paşinyanın Türkiyəyə səfər edəcəyinə dair məlumatlar yayılıb.

ELÇİN
Seçilən
26
2
reyting.az

4Mənbələr