“Sabah” Futbol Akademiyasının 11 yaşlılardan ibarət komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq turnirində iştirak edib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Arslan Quliyevin rəhbərlik etdiyi kollektiv yarışın qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) ilə qarşılaşıb.
Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.
"Bayquşlar" 5-8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti” (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurublar.