AZ

“Sabah” Gürcüstanda 5-ci yeri tutdu

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.

"Football-plus.az" xəbər verir ki, Arslan Quliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) ilə qarşılaşıb. Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.

"Sabah" 5–8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurub.

Seçilən
24
8
football-plus.az

9Mənbələr