EN

Almaniya Ukraynaya əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır

Almaniya Ukraynaya hərbi yardım məqsədilə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib. 

"Son aylar ərzində Ukraynaya yardım 7 milyard avroya qədər artırılıb. İndi isə biz əlavə 1,9 milyard avro ayırmağı planlaşdırırıq. Bu, hələlik yekun qərar deyil, lakin biz hazırlıq mərhələsindəyik", – nazir qed edib. 

Pistoriusun sözlərinə görə, vəsaitin bir hissəsi Ukrayna müdafiə sənayesindən avadanlıq alınması üçün istifadə olunacaq.

Chosen
25
5
missiya.az

6Sources