Moskva vilayətinin Zubovo şəhərində məhsulları yüksək texnologiyalı silah və avadanlıqların istehsalında istifadə olunan “Rezonit” texnoparkının ərazisində partlayışlar qeydə alınıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb: “Düşmənin yüksək texnoloji silah və texnika istehsalı imkanlarının azaldılması çərçivəsində iyunun 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemləri Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər hissələri ilə birgə hərbi-sənaye kompleksinin mühüm obyektinə zərbələr endirib”, – Rusiyalı bildirib.
Qeyd olunur ki, partlayışlar çap sxemlərinin seriyalı istehsalı və yığılması və elektronika istehsalı zavodunda daha güclü olub. “Onun məhsulları yüksək texnologiyalı silah və texnikanın istehsalında geniş istifadə olunur”, – Baş Qərargah qeyd edib. Eyni zamanda əlavə ediblər ki, yanğın nəticəsində dəymiş ziyanın nəticələri dəqiqləşdirilir. Məlumatda o da bildirilir ki, Müdafiə Qüvvələri Rusiya işğalçılarının hərbi-iqtisadi potensialını sarsıtmaq və Rusiya Federasiyasını Ukraynaya qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək üçün bütün tədbirləri görməyə davam edir.
//Samir Qurbanov, Editor.az