AZ

Kiyevdə polkovniki qətlə yetirən killerlər MƏHV EDİLDİ - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) bağlı agent-diversant qrup Ukrayna ərazisinə daxil olaraq üç gün əvvəl UTX-nin əməkdaşı, polkovnik İvan Voronıçi qətlə yetirib.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Malyuk deyib.

Onun sözlərinə görə, aparılan gizli axtarış və fəal əks-kəşfiyyat tədbirləri nəticəsində düşmənin gizləndiyi yuva aşkarlandı:

“Onların saxlanılması zamanı müqavimət göstərildi, silahlı qarşıdurma baş verdi və nəticədə qatillər zərərsizləşdirildi.”

UTX rəhbəri əlavə edib ki, bu əməliyyat Ukraynanın daxili təhlükəsizlik sisteminə qarşı yönəlmiş təxribatın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır və Rusiyanın Ukrayna daxilində sabitliyi pozmağa yönəlmiş cəhdlərinin davam etdiyini bir daha sübut edir.



Bizim.Media

Seçilən
15
13
bizim.media

10Mənbələr