EN

Kelloq: ABŞ cəbhə xəttində döyüşləri dayandırmaq istəyir

BAKI, 13 iyun. TELEQRAF

ABŞ təmas xəttində hərbi əməliyyatları dayandırmaqla münaqişənin həlli üçün sülh razılaşmasına nail olmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq deyib.

Amerika rəsmisi bildirib: "Biz hazırkı mövqelərdə atəşkəsə nail olmaq istəyirik: kim harada dayanırsa, o ərazi onun arxasındadır. Bu, hüquqi tanınma deyil, de-faktodur. Məhbusların qaytarılması və sabit atəşkəs təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün faydalıdır”.

Chosen
53
1
teleqraf.com

5Sources