“İranda vurulan digər hədəflər arasında nüvə fizikləri və Natanzdakı uranın zənginləşdirilmısi obyekti də var”
Missiya.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə vurduq. Biz İranın Natanzdakı əsas zənginləşdirmə obyektinə hücum etdik”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, vurulan fiziklər İranın nüvə bombası üzərində işləyirdilər.
Daşqın Həsənov
Missiya.Az