AZ

Netanyahu: Daha çoxu hələ qarşıdadır

BAKI, 13 iyun. TELEQRAF

İrana qarşı hücumların məqsədi İran rejiminin nüvə və ballistik raket təhdidini dəf etməkdir.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu İran xalqına videomüraciətində bildirib.

O iddia edib ki, həyata keçirilən əməliyyatı çərçivəsində İranın yüksək rütbəli hərbi komandirləri, yüksək səviyyəli nüvə alimləri, uranın zənginləşdirilməsi üzrə ən əhəmiyyətli obyekt və ballistik raket arsenalının böyük hissəsi məhv edilib.

"Daha çoxu hələ qarşıdadır. İran rejimi onlara nəyin zərbə endirdiyini və ya nəyin zərbə endirəcəyini bilmir," - "X" sosial şəbəkəsində edilmiş paylaşımda deyilir.

Seçilən
62
50
teleqraf.com

10Mənbələr