EN

"Bu fərmanın imzalanması sosial təbəqənin dəstəklənməsi baxımından çox önəmli idi"

"Prezidentin imzaladığı yeni fərmanla sosial dəstək sistemində artım paketi təsdiqləndi. 38 maddə üzrə həyata keçirilən bu dəyişikliklər, ümumilikdə 18 sosial istiqaməti əhatə edir. Bu, tək-tək qrupları deyil, geniş əhalini hədəfləyən strukturlaşdırılmış və məqsədli bir yanaşmadır".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, artımların dinamikasına nəzər saldıqda görürük ki, faiz baxımından dəyişikliklər 11%-dən başlayaraq, 49.5%-ə qədər yüksələn geniş bir intervaldadır:

"Ən yüksək artım göstəricisi – himayədar ailəyə verilmiş, 14–18 yaş arasında olan, əlilliyi müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulan müavinətdə qeydə alınıb. Bu məbləğ 435 manatdan 650 manata yüksəlib ki, bu da 49.5%-lik artım deməkdir.

Bu fərmanın imzalanması sosial həssas təbəqələrin və ümumiyyətlə sosial müdafiə sisteminin dəstəklənməsi baxımından çox önəmli idi". 

Vasif ƏLİHÜSEYN 

Chosen
4
2
redaktor.az

3Sources