AZ

Bu şəxslərin təqaüdləri 50 faiz artırıldı

Prezidentin imzaladığı yeni fərmanla sosial dəstək sistemində artım paketi təsdiqləndi. 38 maddə üzrə həyata keçirilən bu dəyişikliklər, ümumilikdə 18 sosial istiqaməti əhatə edir. Bu, tək-tək qrupları deyil, geniş əhalini hədəfləyən strukturlaşdırılmış və məqsədli bir yanaşmadır.

Bunu News365.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O qeyd edib ki, artımların dinamikasına nəzər saldıqda görürük ki, faiz baxımından dəyişikliklər 11%-dən başlayaraq, 49.5%-ə qədər yüksələn geniş bir intervaldadır:

“Ən yüksək artım göstəricisi – himayədar ailəyə verilmiş, 14–18 yaş arasında olan, əlilliyi müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulan müavinətdə qeydə alınıb. Bu məbləğ 435 manatdan 650 manata yüksəlib ki, bu da 49.5%-lik artım deməkdir.

Bu fərmanın imzalanması sosial həssas təbəqələrin və ümumiyyətlə sosial müdafiə sisteminin dəstəklənməsi baxımından çox önəmli idi.

News365.az

Seçilən
0
2
news365.az

3Mənbələr