EN

Hindistanda qəzaya uğrayan Boeing-in səhmləri ucuzlaşıb

Finss.az xəbər verir ki, bu gün Hindistanın Qucarat ştatının Əhmədabad şəhərinin hava limanı yaxınlığında 200-dən çox sərnişini daşıyan Air India təyyarəsi qəzaya uğrayıb. Boeing 787-8 Dreamliner olduğu bildirilən təyyarədəki sərnişinlərin sayı və ya qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Nyu-York Fond Birjasında satılan təyyarə istehsalçısı Boeing-in səhmləri qəzadan sonra açılış öncəsi ticarətdə təxminən 8 faiz itirdi.

Hindistan mətbuatının məlumatına görə, Əhmədabaddakı Sərdar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından London Qatvik Hava Limanına uçan sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Hindistan mediasında Air India aviaşirkətinin 171 saylı reysində sərnişinlərin sayı ilə bağlı rəqəmlər dəyişir, India Today isə təyyarədə 242 nəfər, 230 sərnişin və 12 ekipaj üzvü olduğunu iddia edir.

Chosen
9
fins.az

1Sources