Şəmkirdə yanğın hadisəsi baş verib.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakininə məxsus istixanada anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Son Yazılar:
- Şəmkirdə istixana yandı – FOTO
- Zərərçəkmiş şəxslər məhkəmədə ifadə VERDİ
- Zelenski Britaniya lideri ilə dron istehsalını müzakirə ETDİ
Yanğın zamanı istixana və istixanaya bitişik olan yardımçı tikilinin yanar konstruksiyaları, taxta tullantıları yanıb.
Həmçinin istixananın yaxınlığında olan 300 m² sahədə kol-kos yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan bir neçə ev yanğından mühafizə edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.