EN

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 53-cü buraxılış mərasimi keçirilib.

Tədbirdə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər vəzifəli şəxsləri, həmçinin Milli Müdafiə Universitetinin və liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa edib.

Hərbi Liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Chosen
45
6
aznews.az

8Sources