AZ

Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış mərasimi keçirildi

İyunun 13-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseyin 53-cü buraxılış mərasimi keçirilib.Metbuat.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin (MN) rəhbər vəzifəli şəxsləri, həmçinin MMU-nun və liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa edib.Hərbi liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə MN-in rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.Cəmşid Naxçıvanski adına hərbi liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa ediblər.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Seçilən
50
3
metbuat.az

8Mənbələr