İsrail ordusunun sözçüsü briqada generalı Effie Defrin bu gün səhər saatlarında keçirdiyi mətbuat konfransında bildirib ki İrana hücum əməliyyatında İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə iştirak edib.
Missiya. Az xarici meüdiaya istinadən xəbər verir ki, Defrin əməliyyatın ilkin nəticələrini də açıqlayıb. Onun sözlərinə görə, döyüş təyyarələri zərbələr zamanı 330-dan çox sursat ataraq 100-dən çox hədəfi vurublar .
Defrin həmçinin təsdiqləyib ki, İsrailin zərbələri nəticəsində İran Ordusunun komandanlarından olan Məhəmməd Baqiri, SEPAH-ın baş komandanı Hüseyn Salami və Hatəm əl-Ənbiya Mərkəzi Komandanlığının rəisi Qulam Əli Rəşid də daxil olmaqla bir neçə yüksək səviyyəli İran rəsmisi həlak olub.
O əlavə edib ki, digər məmurlar da öldürülüb.
Elcan
Missiya.Az