İyunun 13-ü axşam saatlarından etibarın İran ordusu İsrailə qarşı əməliyyata başlayıb.
Modern.az-ın məlumatına görə, İran ordusu müxtəlif təyinatlı raketlərlə dörd dəfə hücum edib.
İsrailin N12 telekanalı İran tərəfindən atılan raketlərin 150-200 arasında olduğunu bildirib. İsrail ordusu İran raketlərindən 100-nün ələ keçirildiyini bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin müşaviri general Əhməd Vahidi bildirib ki, zərbələr F-35, F-16 və F-15 qırıcılarının yerləşdiyi İsrail hava bazaları, tankerlər və nəqliyyat təyyarələri, eləcə də bu bazalarda yerləşən komanda-nəzarət və elektron döyüş mərkəzləri də daxil olmaqla 150-dən çox hədəfə endirilib.
Livanın “Al Mayadeen” telekanalı İran raketlərindən birinin Təl-Əvivdəki nüvə tədqiqat mərkəzini vurduğunu bildirib.
İsrail mediasının məlumatına görə, İranın ilk üç raket hücumunda 60-dan çox adam yaralanıb, bir nəfər həlak olub.