EN

Naxçıvanda qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb

Naxçıvanda sosial şəbəkədə qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb

"Report"un yerli bürosu xəbər verir ki, Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.

Araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Chosen
27
18
report.az

10Sources