AZ

Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb

Bakı. Trend:

Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçiriləntədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadəedərək saxta profillər açan və bu yolla vətəndaşların pulvəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, araşdırma zamanı Elməddin Babayevin sosialşəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarınıpaylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğunolmayan məlumatlar paylaşdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuzəməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisəməlumat verə bilərlər.

Seçilən
25
18
az.trend.az

10Mənbələr