Londonda komandalar arasında rapid üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, səkkiz turdan sonra Rauf Məmmədovun çıxış etdiyi “Freedom” komandası 3-cü yerdəki mövqeyini qoruyub.
Azərbaycan çempionunun özü startdan beş oyun keçirib və ikisində qalib gəlib. "Freedom"un 12 xalı var.
Şəhriyar Məmmədyarovun çıxış etdiyi "Generation XYZA" isə 9 xal toplayıb və hazırda 19-cu yerdədir. Komanda "FIDE World Rapid Team Championship"də səkkiz oyundan dördündə qələbə qazanıb (qələbəyə 2, heç-heçəyə 1 xal).
İdman.biz