AZ

Azərbaycan şahmatçısı Fransa açıq çempionatında

Azərbaycan şahmatçısı Namiq Quliyev Fransa açıq çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış sürətli şahmat formatında Sen-Mor-de-Fossedə keçiriləcək.

İştirakçılar iyunun 14-də doqquz turdan ibarət olacaq rapid turnirində, ertəsi gün isə 13 turdan ibarət blits yarışında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, çempionatda ümumilikdə 608 şahmatçı çıxış edəcək.

İdman.biz

Seçilən
207
11
idman.biz

10Mənbələr