EN

150 İran PUA-sı İsrailə hədəfləndi

150-dən çox İran PUA-sı İraq hava məkanından İsrailə doğru uçub.

Yenisabah.az shafaq news-a istinadla xəbər verir ki, bunu İraqın yüksək səviyyəli təhlükəsizlik mənbəsi bildirib.

PUA-ların xüsusi olaraq Diyalanın şimal-şərq əraziləri üzərində uçduğunu qeyd edən mənbə, İraq təhlükəsizlik qüvvələrinin vilayətin müxtəlif yerlərində 5 raket qalıqları və dağıntı aşkarladığını bildirib.

İsrail ordusu daha əvvəl bildirmişdi ki, İran Təl-Əvivin iranlı hərbi liderlərin və nüvə alimlərinin ölümü ilə nəticələnən misli görünməmiş hərbi əməliyyatına cavab olaraq İsrailə doğru onlarla pilotsuz uçan aparat atıb.


Telegram kanalımız
Chosen
38
3
yenisabah.az

4Sources