Milli Məclisin deputatı Əminə Ağazadə Aralıq Dənizi Parlament Assambleyasının Forumunda iştirak edəcək
Milli Məclisin deputatı Əminə Ağazadə iyunun 15-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfər edəcək.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputat Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının “Qadınların inteqrasiyalı və əhatəli cəmiyyətlər üçün gücləndirilməsi: Körfəzdən Aralıq dənizinə” mövzusunda keçiriləcək Qadın Parlamentarilərin Forumunun ikinci sessiyasında iştirak edəcək. Tədbirdə deputatımızın çıxışı nəzərdə tutulur.
Səfər iyunun 19-da başa çatacaq.