AZ

Deputat Əminə Ağazadə Aralıq Dənizi Parlament Assambleyasının Forumunda iştirak edəcək



Milli Məclisin deputatı Əminə Ağazadə iyunun 15-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, deputat Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının “Qadınların inteqrasiyalı və əhatəli cəmiyyətlər üçün gücləndirilməsi: Körfəzdən Aralıq dənizinə” mövzusunda keçiriləcək Qadın Parlamentarilərin Forumunun ikinci sessiyasında iştirak edəcək. Tədbirdə deputatımızın çıxışı nəzərdə tutulur.

Səfər iyunun 19-da başa çatacaq.

Süleyman
Seçilən
7
4
newscenter.az

5Mənbələr