“Bu əməliyyat daha bir neçə gün çəkə bilər, lakin bu, bir neçə ay və ya bir neçə həftəlik əməliyyat deyil. İsrailin hücumları müharibə elanı deyil və zərbələr İranın nüvə proqramı ilə bağlıdır”,- israilli diplomat vurğulayıb.
![]() |
Tramp: “İsrailin zərbələri mənim üçün sürpriz deyildi”| VİDEO |
İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturunu hədəf aldığını təsdiqləyib. İsrailin hərbi mənbələri iddia edirlər ki, son həftələrdə İranın nüvə silahı yaratmaq cəhdinin əlamətləri nəzərə çarpırdı. Buna görə də, vəziyyəti kritik sayan İsrail hərəkətə keçmək qərarı verib.
Sahil İsgəndərov
AzVision.az