Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, İsrailin Fransadakı səfiri Coşua Zarka “RTL” radiostansiyasına müsahbiəsində belə deyib. “Bu əməliyyat daha bir neçə gün çəkə bilər, lakin bu, bir neçə ay və ya bir neçə həftəlik əməliyyat deyil. İsrailin hücumları müharibə elanı deyil və zərbələr İranın nüvə proqramı ilə bağlıdır”, - israilli diplomat vurğulayıb.
Tramp: “İsrailin zərbələri mənim üçün sürpriz deyildi” | VİDEO
Xatırladaq ki, iyunun 13-ə keçən gecə İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. Hücum nəticəsində SEPAH-ın komandiri Hüsüyn Salami də daxil olmaqla İranın 3 generalı və nüvə məsələləri üzrə bir neçə nüvə alim öldürülüb. Açıqlanan məlumatlara görə, İsrail ordusu İranın obyektlərinə hücumda 100-ə yaxın PUA-dan istifadə edib. İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturunu hədəf aldığını təsdiqləyib. İsrailin hərbi mənbələri iddia edirlər ki, son həftələrdə İranın nüvə silahı yaratmaq cəhdinin əlamətləri nəzərə çarpırdı. Buna görə də, vəziyyəti kritik sayan İsrail hərəkətə keçmək qərarı verib. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>