ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya kansleri Fridrix Merz bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ona İsrailin İrana qarşı hərbi əməliyyatı və hədəfləri barədə telefonla məlumat verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
“Gecə İsrail qüvvələri İranın nüvə obyektlərinə, eləcə də İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinə zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bu səhər mənə telefonla hərbi əməliyyatlar və onun məqsədləri barədə məlumat verdi”, - deyə Merz bildirib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Bundan sonra Almaniya kanslerinin qeyd etdiyi kimi, təhlükəsizlik məsələləri üzrə kabinet iclası keçirilib. "Biz əlimizdə olan məlumatlara əsasən vəziyyəti nəzərdən keçirdik", - deyə Merz qeyd edib.
Kansler bildirib ki, təhlükəsizlik orqanları Almaniyadakı yəhudi və İsrail qurumlarının müdafiəsini gücləndirəcək.
Merz deyib ki, Almaniya İsrail və İranı regionun daha da gərginləşməsinə və sabitliyinin pozulmasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.