Almaniya kansleri Fridrix Merz bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ona İsrailin İrana qarşı hərbi əməliyyatları və hədəfləri barədə telefonla məlumat verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
"Gecə İsrail qüvvələri İranın nüvə obyektlərinə, eləcə də İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər strukturlarına zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bu səhər mənə telefonla hərbi əməliyyatlar və onların məqsədləri barədə məlumat verdi", - Merz deyib.
Almaniya kansleri bildirib ki, təhlükəsizlik məsələlərinə dair hökumət iclası keçirilib.
"Biz əlimizdə olan məlumatlara əsasən vəziyyəti nəzərdən keçirdik".
Merz qeyd edib ki, təhlükəsizlik orqanları Almaniyadakı yəhudi və İsrail qurumlarının müdafiəsini gücləndirəcək.