EN

“İdxalın həcmi hökuməti narahat etməlidir” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinini ikinci oxunuşda müzakirəsi zamanı öz fikirlərini bölüşüb.

Millət vəkili bildirib: “Hörmətli sədr, sizin təbriklərinzə qoşuluram və sizi növbəti uğurlu səfər münasibətilə təbrik edirəm, deputat həmkarımız Ramin Həsəni də TÜRKPA-nın baş katibi seçilməsi münasibətilə təbrik edirəm, ona uğurlar arzulayıram.

Müzakirə olunan qanun layihəsi ilə bağlı onu qeyd etmək isətyirəm ki, bizdə hüquqi aktlar 2 qrupa bölünür: normativ hüquqi aktlar və qeyri-normativ hüququ aktlar.

Konstitusiyanın 94-cü maddəsilə Milli Məclisin müəyyənləşdirdiyi ümumi qaydalar var. Orada ölkənin maliyyə fəaliyyətinin əsaslarına dair biz büdcə haqqında qanun qəbul edirik. Amma büdcənin icrası ilə bağlı qanunun qəbul olunması bir az başadüşülən deyil. Bu məsələ Parlamentdə vaxtilə də qaldırılmışdı. Söhbət ondan gedir ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 17-ci maddəsinə görə də Milli Məclisin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir. Qanun isə dəfələrlə tətbiq olunmaq üçün qəbul olunur və hansısa ictimai münasibətləri tənzimləyir. Normativ hüquqi aktlar haqqında qanuna görə, Milli Məclis qanunların icrasına nəzarət edir. Biz, nəzarət mexanizmini təmin edən ictimai münasibətləri tənzimləyən qanun qəbul etmişik. Milli Məclis büdcənin icrasına dair qərar qəbul edə bilər. Bunu istədim diqqətinizə çatdırım ki, hökumət bu barədə düşünsün və qanunvericilik təşəbbüsü ilə çıxış etsin”.

Millət vəkili həmçinin bildirib: “Toxunacağım digər bir mühüm məsələ isə qanun layihəsində qaldırılan bir çox məsələlərlə bağlıdır. Bu da ondan ibrarətdir ki, məsələn, bu il dövlət müəssisələri, SOCAR təqribən 1,8 milyard vergi ödəyib. Onun da əhəmiyyətli hissəsi yenidən Bakı Neft Emalı Zavodunun bərpasına xərclənib. Yəni dövlət müəssisələri həm də hökumət zəmanəti ilə pullar götürürlər, sonra biz büdcədən hər il milyardlarla vəsait geri qaytarırıq. Ona görə də dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi gündəmə gəlməlidir.

Biz, iyunun 3-də hörmətli Prezidentin köməkçisi Ədalət Vəliyevin təşəbbüsü ilə Cəbrayıl və Zəngilana səfər etdik. Orada çox böyük quruculuq işləri gedir və büdcədən də bu il 5 milyard 345 milyon manat vəsait xərclənib. Bu, böyük vəsaitdir, amma orada həyatı qaytarmaq üçün 100 milyardlarla manat vəsait lazımdır.

Mən bir məsələyə toxunum ki, hansı ki, bu günlərdə bu barədə infromasiya yayılıb, çox təəssüf ki, hamı bu barədə bir-birilə pıçıltı ilə danışır. Dövlət Gömrük Komitəsinin əməkdaşları qaçaqmal yolu ilə gəmilərlə ölkəyə gətirilən və 100 milyonlarla aksiz markası olmayan və vergidən yayınan, siqaret qaçaqmalçılığı ilə məşğul olan bir bir cinayətkar şəbəkəni ifşa ediblər. Mən onlara təşəkkür edirəm. Çox istərdim ki, həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidməti, həm Dövlət Sərhəd Xidməti araşdırsınlar ki, bunlar özləri orada dənizi qazıb, liman düzəldiblər, uzun müddət bu işlə məşğul olublar. Biz bilirik ki, Azərbaycanda siqaret istehsalı ilə məşğul olan müəssisələr var. Onlar vergi ödəyirlər. Yəni bu, ədalətsizliyin qarşısı alınmalıdır, həm də bu qədər milyardlarla vəsaitin tələb olunduğu vaxtda hesab edirəm ki, bu cür hərəkətlər Prezidentə və dövlətimizə xəyanətdir. Bu şəbəkənin arxasında duran şəxslər aşkar olunub ciddi şəkildə cəzalandırılmalıdır.

Gömrük xətti ilə toplanan vəsaitlərə də toxunmaq istəyirəm. Mən baxdım, misal üçün ABŞ-də gömrük orqanları xətti ilə toplanan vəsait adambaşına təqribən 300 dollar, bizdə isə bu, təqribən 660 dollardır. Yəni bu da hökuməti ciddi düşündürməlidir və narahat etməlidir ki, niyə Azərbaycanda bu qədər idxalın həcmi böyükdür və biz niyə bu, istehsal ilə özümüz məşğul ola bilmirik? Niyə sahibkarlar ölkəyə investisiya yatırmırlar və yaxud da ki, xarici investorlar Azərbaycana bizim gözlədiyimiz səviyyədə maliyyə vəsaitləri yatırmırlar? Mən əvvəllər də bu məsələni qaldırmışam, iqtisadi cinayətlərlə bağlı bütün cinayət işlərinin araşdırılması Vergilər Nazirliyinə tapşırılmalıdır. Əgər digər dövlət orqanları hər hansı iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayırlarsa, dərhal həmin materiallar Vergilər Nazirliyinə göndərilməlidir. Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır, qanunun aliliyi təmin olunmalıdır və mülkiyyəti qoruyan güclü məhkəmələr olmalıdır”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
7
icma.az

9Sources