AZ

Bu cür hərəkətlər Prezidentə və dövlətimizə xəyanətdir

"Bu il dövlət müəssisələri, SOCAR təqribən, 1,8 milyard vergi ödəyib. Onun da əhəmiyyətli hissəsi yenidən Bakı Neft Emalı Zavodunun bərpasına xərclənib. Yəni dövlət müəssisələri həm də hökumət zəmanəti ilə pullar götürürlər, sonra biz büdcədən hər il milyardlarla vəsait geri qaytarırıq. Ona görə də dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi gündəmə gəlməlidir".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

Cəbrayıl və Zəngilanda böyük quruculuq işlərinin getdiyini xatırladan deputat qeyd edib:

"Orada çox böyük quruculuq işləri gedir və büdcədən də bu il 5 milyard 345 milyon manat vəsait xərclənib. Bu, böyük vəsaitdir, amma orada həyatı qaytarmaq üçün 100 milyardlarla manat vəsait lazımdır. Mən bir məsələyə toxunum ki, hansı ki, bu günlərdə bu barədə infromasiya yayılıb, çox təəssüf ki, hamı bu barədə bir-birilə pıçıltı ilə danışır. Dövlət Gömrük Komitəsinin əməkdaşları qaçaqmal yolu ilə gəmilərlə ölkəyə gətirilən və 100 milyonlarla aksiz markası olmayan və vergidən yayınan, siqaret qaçaqmalçılığı ilə məşğul olan bir cinayətkar şəbəkəni ifşa ediblər. Mən onlara təşəkkür edirəm. Çox istərdim ki, həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Dövlət Sərhəd Xidməti araşdırsınlar ki, bunlar özləri orada dənizi qazıb, liman düzəldiblər, uzun müddət bu işlə məşğul olublar. Biz bilirik ki, Azərbaycanda siqaret istehsalı ilə məşğul olan müəssisələr var. Onlar vergi ödəyirlər. Yəni bu, ədalətsizliyin qarşısı alınmalıdır, həm də bu qədər milyardlarla vəsaitin tələb olunduğu vaxtda hesab edirəm ki, bu cür hərəkətlər Prezidentə və dövlətimizə xəyanətdir. Bu şəbəkənin arxasında duran şəxslər aşkar olunub ciddi şəkildə cəzalandırılmalıdır".

Seçilən
22
1
publika.az

9Mənbələr