EN

Ermənilər işğal dövründə 260 min hektar meşə sahəsini məhv edib

Xankəndi. Trend:

Azərbaycan əraziləri işğal dövründə ekoloji terrora məruzqalıb.Təbiət abidələri və meşə sahələrinin bir hissəsi ermənilərtərəfindən məhv edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrəİşçi Qrupunun iclasında çıxış edən Ekologiya və təbii sərvətlərnazirliyinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, işğaldan sonra aparılan monitorinqlərzamanı müəyyən olunub ki, işğal zamanı 260 min hektar meşə sahəsiməhv edilib.

İşğaldan sonra 54 min hektar ərazidə bərpa işləri aparılıb və2024- ci ildə 300 hektar ərazi bərpa edilib. Hazırda 200 hektarərazidə bərpa işləri gedir.

Məqalədə:
Chosen
17
6
az.trend.az

10Sources