Azərbaycan əraziləri işğal dövründə ekoloji terrora məruz qalıb. Təbiət abidələri və meşə sahələrinin bir hissəsi ermənilər tərəfindən məhv edilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən Ekologiya və təbii sərvətlər nazirliyinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, işğaldan sonra aparılan monitorinqlər zamanı müəyyən olunub ki, işğal zamanı 260 min hektar meşə sahəsi məhv edilib.
Onun sözlərinə görə, işğaldan sonra 54 min hektar ərazidə bərpa işləri aparılıb və 2024-cü ildə 300 hektar ərazi bərpa edilib. Hazırda 200 hektar ərazidə bərpa işləri gedir.