EN

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb

İsrailin Gürcüstandakı səfirliyi son günlərdə baş verən hadisələrlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat yayılıb.

Bildirilib ki, səfirlik bağlanıb və konsulluq xidmətləri də müvəqqəti olaraq göstərilməyəcək.

“Son hadisələrlə əlaqədar səfirlik bağlanıb və konsulluq xidmətləri mövcud olmayacaq. Yenilənmələr üçün səfirliyin rəsmi internet saytını izləyin”, – məlumatda deyilir.

Chosen
10
4
report.az

7Sources