İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkə paylaşımında məlumat qeyd edilib.
Bildirilib ki, səfirlik fəaliyyətini dayandırması ilə əlaqədar konsulluq xidmətləri müvəqqəti göstərilməyəcək.