EN

Fon der Lyayen İranı İsrailə cavab verməməyə çağırdı

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İranı İsrailin ölkəyə irimiqyaslı hava hücumundan sonra cavab zərbələri endirməkdən çəkinməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, AK rəhbəri bu barədə X-də yazıb.
"Aİ bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, vəziyyəti dərhal deeskalasiya etməyə və cavab addımlarından çəkinməyə çağırır" deyən fon der Leyen bütün regionun rifahı naminə həmişəkindən daha təcili olaraq lazım olan münaqişənin "diplomatik həllinə" çağırıb.

Oxşar çağırış Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas tərəfindən də edilib.

Chosen
40
7
ucnoqta.az

10Sources