AZ

Avropa Parlamenti Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Avropa Parlamenti Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib.

AZƏRTAC xəbər verir ki, iclas Avropa Parlamentinin rəsmi saytında yayımlanıb.

Deputatlardan 175-i Ursula Fon der Lyayenə etimadsızlıq votumunu dəstəklədiyi halda 553-ü onun əleyhinə səs verib, 18-i isə bitərəf qalıb.

Xatırladaq ki, etimadsızlıq səsverməsi ilə bağlı təklif Avropa Parlamentinin rumıniyalı deputatı George Piperya tərəfindən irəli sürülüb. O, Ursula Fon der Lyayeni və Avropa Komissiyasını pandemiya zamanı şəffaflığın olmamasında və zəif idarəetmədə günahlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
49
yeniazerbaycan.com

10Mənbələr