EN

Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın aqrar məhsullar üzrə ixrac 17,2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə isə 5,9% artaraq 115,6 milyon ABŞ dolları təşkil edib.

 

Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına əsasən xəbər verir.

Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dollarına çatıb.

Bu artım kənd təsərrüfatı və sənayenin inteqrasiyası nəticəsində ixrac imkanlarının genişləndiyini göstərir.

Fuad Mədətov
Finss.az

Chosen
12
fins.az

1Sources