Azərbaycanı yeni mövsümdə Avropa Liqasında təmsil edəcək “Sabah” klubunda yarımmüdafiəçi Seymur Məmmədov əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, gənc futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyat uğurla gerçəkləşib.
Seymur Məmmədov “Sabah”ın öz yetirməsidir. 22 yaşlı mərkəz yarımmüdafiəçisi paytaxt klubunun əsas komandasında 13 oyuna çıxıb, 1 qola imza atıb.